Lənkəranda 9 ədəd tank əleyhinə mina tapılıb -Foto

Lənkəranda 9 ədəd tank əleyhinə mina tapılıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən məlumata görə, aprelin 14-ü Dövlət Sərhəd Xidmətindən Agentliyə Lənkəran rayonu, Sütəmurdov kəndi ərazisində 3 ədəd minanın tapılması barədə məlumat daxil olub. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Lənkəran şəhər rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri Dövlət Sərhəd Xidmətinin və Lənkəran şəhər rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis və sərhədçilər tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 9 ədəd təlim məqsədli tank əleyhinə mina və 1 ədəd təlim məqsədli tüstü şaşkası aşkar olunmuş, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Təlim məqsədli minaların və tüstü şaşkasının ətrafında 300 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Tarix
14 Aprel 2019 [23:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-04-14 23:58:59
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin