"Yuventus"dan "Barselona"ya 80 milyonluq təklif

"Barselona"nın müdafiəçisi Samuel Umtiti daha bir klubun maraq dairəsinə düşüb.

Qol.az-ın "sport.es" nəşrinə istinadən yaydığı xəbərə görə, artıq "Yuventus" da fransalı futbolçu ilə maraqlanır. Leonardo Bonuççi, Andrea Bardzalyi və Corco Kyellininin yaşını nəzərə alan Turin klubu onların əvəzləyə biləcək arxa xətt oyunçuları axtarır. Hazırda əsas namizədlərdən birinin məhz Umtiti olduğu iddia olunur.

"Yuventus"un mövsümün sonunda Fransa millisinin üzvü üçün "Barselona"ya 80 milyon avro təklif edə biləcəyi gözlənilir.

Qeyd edək ki, DÇ-2018-dən öncə Kataloniya klubu ilə müqaviləsinin müddətini 2023-cü ilin yayına qədər uzadan Umtiti son vaxtlar əsas heyətdə düşməkdə çətinlik çəkir.

Tarix
14 Aprel 2019 [19:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-04-14 19:04:39
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin