Qar uçqununda həlak olan hərbçimiz dəfn edildi - Foto

Qar uçqununa düşərək həlak olan hərbçilərdən biri - Abdullayev Hafiz Məhəd oğlu Qazaxda dəfn olunub. 

Ucnoqta.az Oxu.Az-a istinadən xəbər verir ki, o, doğulduğu Yuxarı Salahlı kəndində torpağa tapşırılıb. Dəfn mərasimində şəhər ictimaiyyəti, hərbçilər və H.Abdullayevin yaxınları iştirak edib.

Qeyd edək ki, martda Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət edən gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər. Aparılan axtarışlar nəticəsində onlardan birinin - H.Abdullayevin nəşi tapılıb.

Qeyd edək ki, qar uçqununa düşən digər hərbçimizin axtarışları davam edir.

Tarix
14 Aprel 2019 [17:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin