Türkiyə HHQ İraqın şimalında əməliyyat keçirib

16:08 - 14 Aprel 2019 - DÜNYA

Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələri İraqın şimalında PKK-ya qarşı əməliyyat keçirib.

Trend-in Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində istinadən verdiyi məlumata görə, Türkiyənin qırıcı təyyarələri Zap, Avaşin-Basyan, Həkürk və Qandil rayonunda PKK-nın mövqelərini bombalayıb.

Əməliyyat nəticəsində terrorçulara məxsus sığınacaqlar və silah anbarları məhv edilib.

Xəbər xətti