İsmayıllıda yeni ailə quran 18 yaşlı gəlin özünü asıb

İsmayıllı rayonunda intihar hadisəsi baş verib.

Ucnoqta.az ONA-ya istinadən xəbər verir ki, hadisə rayonun İvanovka kəndində qeydə alınıb. Bir neçə ay öncə rayonun Qaraqaya kəndindən İvanovka kəndinə gəlin köçən 2001-ci il təvəllüdlü Mahirə Hüseynova yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. Gənc qadının özünə qəsd etməsinin səbəbi hələ ki, dəqiq məlum deyil.

İlkin ehtimala görə M.Hüseynova ailə münaqişəsi zamanı əsəbləşərək intihar edib.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır

Tarix
14 Aprel 2019 [13:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin