İsmayıllıya güclü dolu yağıb

16:44 - 13 Aprel 2019 - ÖLKƏ İÇİ

İsmayıllı rayonuna güclü dolu yağıb. 

Yağıntı, təxminən, beş dəqiqə davam edib. Nəticədə torpağın üzəri bir neçə santimetr buz dənəcikləri ilə örtülüb. Dolunun əkin sahələrinə ciddi ziyan vurduğu bildirilir. Hazırda yağıntının vurduğu ziyan dəqiqləşdirilir.

Qeyd edək ki, hazırda İsmayıllı, Şamaxı və Qobustan rayonlarında güclü yağış yağır. /report

Xəbər xətti