Azərbaycanın daha bir güləşçisi Avropa çempionatında erməni rəqibini məğlub edib

15:19 - 13 Aprel 2019 - İDMAN

Azərbaycanın yunan-Roma güləşçisi Orxan Nuriyev Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında Ermənistan təmsilçisini məğlub edib.

 97 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda Artur Şahinyana qalib gələrək 1/4 finala yüksəlib. Daha əvvəl Avropa çempionatının qalibi olan sərbəst güləşçilərdən Hacı Əliyev (65 kq) ermənistanlı Vazgen Tevanyana, gümüş medal qazanan Ağahüseyn Mustafayev (70 kq) isə David Safaryana qalib gəlib. Yunan-Roma güləşçilərindən finala yüksələn İslam Bayramov (87 kq) isə Maksim Manukyanı üstələyib.

Qeyd edək ki, bu gün Azərbaycanın digər yunan-Roma güləşçilərindən Murad Məmmədov (60 kq), Kamran Məmmədov (67 kq), Ülvi Qənizadə (72 kq) və Rafiq Hüseynov (82 kq) mübarizəyə qoşulub. /report

Xəbər xətti