Ana səhifə
22 Sentyabr 2018

Bakıda rahat oynaya bilmirəm - Şəhriyar Məmmədyarov

Bakıda keçirilən şahmat üzrə Qran-Pri turnirində 8-ci turda Şəhriyar Məmmədyarov Sergey Karyakinlə heç-heçə oynayıb.

 

Ucnoqta.az xəbər verir ki, Ş.Məmmədyarov partiyadan sonra mətbuat konfransında suallara cavab verib: "Debütlə özümü təəccübləndirdim. Hətta Andreykin partiyadan sonra maraqlı gedişlərin olduğunu dedi. Amma həmin gedişləri görmədim. Piyadaların gedişi məni çaşdırdı. Pozisiyalar maraqlı idi, amma vaxt çatrmırdı. Ona görə də tez qərar qəbul edirdim. Heç-heçə oyuna uyğun nəticə oldu. Nəzərə alsaq ki, ağların üstünlüyü var idi. Sadəcə, onlar istifadə edə bilmədi. 8 turdan sonra turnir cədvəlindəki mövqeyimi düzəltmək üçün şanslarım var. Gərək son 3 turda daha yaxşı oynayım".

Ş.Məmmədyarov şahmat mütəxəssisi Gennadi Sosonkonun ona psixoloqa müraciət etməyi məsləhət verməsinə də münasibət bildirib: "Sosonkonun mətbuata verdiyi açıqlamanı oxumuşam. Bilirsiniz, mənim üçün də maraqlıdır. Axı 2014-cü ildə keçirilən turnirlərdə yüksək performans göstərmişəm. Amma Şəmkirdə, Bakıda oyunum alınmır. Bu barədə ciddi düşünməliyəm. 2016-cı ildə Bakıda şahmat olimpiadası keçiriləcək. Əgər olimpiadada zəif çıxış etsəm, çoxları məyus olacaq. Rahat oynamaq lazımdır. Xarici ölkələrdən fərqli olaraq, Bakıda rahat oynaya bilmirəm. Ciddi düşünməliyəm. Psixoloqa müraciət etmək barədə düşünəcəyəm. Əsas bu problemi həll etməkdir. Azərbaycanda oynayanda ev yaxındır, doğmalarımın dəstəyini hiss edirəm. Bəlkə də elə buna görə istədiyim oyunu göstərə bilmirəm. Əsas odur ki, problemi həll edim. Doğma diyarda reytinqimi itirməyim. Çalışmaq lazımdır. Rahat oynamaq üçün problemi həll etməyə çalışacağam".

S.Karyakin də jurnalistlərin suallarına cavab verib: "Partiyaya yaxşı başladım. Üstünlük qazandım. Rəqibin səhvləri mənə üstünlük qazanmağa imkan verdi. Amma istədiyimi reallaşdıra bilmədim. Heç-heçə yaxşı nəticədir. Lakin qələbə qazanmaq imkanlarım var idi. Qələbə üçün lazım olan gedişləri tapa bilmədim. Şəhriyarin yaxşı müdafiə olunmasını qeyd etməliyəm. Mənim üçün hücum qurmaq çox çətin oldu. Məmmədyarovun yaxşı müdafiə olunması heç-heçəni qaçılmaz etdi".

 

Tarix
11 Oktyabr 2014 [10:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin