Sudanda bütün siyasi məhbuslar azadlığa buraxıldı

22:47 - 11 Aprel 2019 - DÜNYA

Sudanda hərbi çevriliş edərək hakimiyyəti ələ alan Hərbi Şura bütün siyasi məhbusları azadlığa buraxıb.

“Qafqazinfo” “Euronews”a istinadən xəbər verir ki, bu barədə müdafiə naziri Əvad bin Auf açıqlama verib. O, iki il müddətində ölkəni idarə edəcəyini də bildirib.

Bundan başqa, Nazirlər Kabineti, parlament və yerli idarəetmə orqanlarının tərkibləri də istefaya göndərilib.

Qeyd edək ki, bu gün Sudanda baş vermiş hərbi çevrilişdən sonra istefaya gedən prezident Ömər əl-Bəşiri həbs olunub.

Xəbər xətti