Filippində naməlum növ qədim insan qalıqları aşkarlanıb

12:22 - 11 Aprel 2019 - MARAQLI

Beynəlxalq alimlər qrupu Filippində naməlum insana növünə aid olan qədim insan qalıqları tapıb. Alimlərin araşdırması "Nature" jurnalında dərc olunub.

Araşdırmada deyilir ki, üç naməlum növün qalıqları Filippinin Luson adasındakı Kalyao mağarasında tapılıb. Aşkar olunan dişlər, əl barmağı sümükləri və bud sümüyünün hissələrinin 50 min ildən 67 min ilədək yaşının olduğu güman edilir.

Alimlər aşkar olunmuş qalıqların "morfoloji xüsusiyyətlər kombinasiyası"nın "Homo floresiensis" və "Homo sapiensdən" fərqli olduğu qənaətinə gəliblər. Buna görə də bu qədim insanları artıq "Homo luzonensis" adı verilən yeni növə aid ediblər. ("Report")

Xəbər xətti