Tramp Netanyahunu təbrik etdi

21:24 - 10 Aprel 2019 - DÜNYA

ABŞ prezidenti Donald Tramp İsraildə parlament seçkilərində partiyası qalib gələn Benyamin Netanyahunu təbrik edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Tramp Netanyahunun qələbəsindən əmin olmadığını, lakin təbrik etməyi qərara aldığını bildirib:
“Bəlkə biraz tezdir, amma qalib gəldiyini eşitdim. Netanyahunu təbrik edirəm”.

Qeyd edək ki, yekun olmayan nəticələrə əsasən baş nazir Benyamin Netanyahunun rəhbəri olduğu “Likud” partiyası rəqib “Kahol-Lavan” blokunu üstələyib. “Likud” Knessetdə (parlament) 120 yerdən 65-ni qazanıb.

 

Xəbər xətti