Şəhriyar Məmmədyarov "ShamkirChess 2019"u qələbəsiz başa vurub

15:33 - 9 Aprel 2019 - İDMAN

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2019" superturnirini qələbəsiz başa vurub.

34 yaşlı qrossmeyster sonuncu - XIX turda Rusiya təmsilçisi Sergey Karyakinlə üz-üzə gəlib. Məmmədyarov bu görüşü heç-heçə ilə başa vurub. Çinli Dinq Liren isə Hollandiya təmsilçisi Aniş Giri ilə xalı yarı bölüb.
Hazırda Maqnus Karlsen (Norveç) - Aleksandr Qrişuk (Rusiya), Vişvanatan Anand (Hindistan) - Veselin Topalov (Bolqarıstan) və David Navara (Çexiya) - Teymur Rəcəbov (Azərbaycan) görüşləri davam edir.

Norveçli dünya çempionu Maqnus Karlsen VIII turda çempionluğunu rəsmiləşdirib. Şəhriyar Məmmədyarov turniri 3.5 xalla 9-cu pillədə başa vurub. Aniş Giri isə 3 xalla sonuncu olub.
Qeyd edək ki, Şəhriyar Məmmədyarov 2016 və 2017-ci illərdə "ShamkirChess"in qalibi olub. Qalan 4 yarışda isə Maqnus Karlsen birinci yeri tutub. /report

Xəbər xətti