Ana səhifə
26 Sentyabr 2018

Azərbaycan-Çexiya əməkdaşlığı müzakirə olunacaq

Oktyabrın 13-də Çexiya parlamentinin Deputatlar Palatasının Kənd təsərrüfatı komitəsinin nümayəndə heyəti Bakıya səfərə gələcək.

 

Ucnoqta.az" xəbər verir ki, Çexiyanın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, üçgünlük səfər zamanı Milli Məclisdə Aqrar siyasət komitəsi və Çexiya-Azərbaycan parlamentlərarası qrupunun üzvləri, eləcə də kənd təsərrüfatı və ekologiya və təbii sərvətlər nazirləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Bundan başqa, ekologiya və kənd təsərrüfatı sahələrində əməkdaşlıq məsələlərinin müzakirəsi planlaşdırılır.

Nümayəndə heyətinə Çexiya parlamentinin Deputatlar Palatasının sədr müavini Voytex Filip rəhbərlik edəcək.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2014-cü ilin yanvar-avqust aylarının yekunu üzrə iki ölkə arasında əmtəə dövriyyəsi 447,78 milyon dollar olub.

 

Tarix
11 Oktyabr 2014 [10:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin