Avropa İttifaqı İrana qarşı sanksiyaları daha bir il uzadıb

14:30 - 8 Aprel 2019 - DÜNYA

Avropa İttifaqı (Aİ) Şurası kobud insan hüquqları pozuntusuna görə İrana qarşı sanksiyaları daha bir il müddətinə uzadıb.

Bu barədə Aİ Şurasının rəsmi internet səhifəsində məlumat verilib. Bildirilir ki, sanksiyalar 2020-ci ilin aprelin 13-nə kimi uzadılıb. Sanksiyalara əsasən, 82 nəfərə və bir hüquqi şəxsə qarşı səyahət qadağası tətbiq edilib və aktivləri dondurulub, həmçinin daxili repressiya və telekommunikasiya monitorinqi üçün istifadə edilə biləcək avadanlıqların İrana ixracına qadağa qoyulub.

Qeyd edək ki, sanksiyalar ilk dəfə 2011-ci ildə tətbiq edilib və indiyə qədər hər il uzadılıb.Ona.az

Xəbər xətti