BVF missiyası Bakıya səfər edəcək

13:30 - 8 Aprel 2019 - İQTİSADİYYAT

Beynəlxalq Valyuta Fondunun (BVF) missiyası bu ilin yayında Bakıya səfər edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Trend-ə BVF-dən məlumat veriblər. Məlumata əsasən, missiyaya Natalya Tamirisa rəhbərlik edəcək. Nümayəndə heyəti ölkə hökuməti ilə iqtisadiyyat sahəsindəki son hadisələri müzakirə edəcək, bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq.

Səfərin dəqiq vaxtı yaxın vaxtlarda açıqlanacaq.
Qeyd edək ki, Natalya Tamirisa bu ilin əvvəlində BVF-nin Azərbaycandakı missiyasının rəhbəri təyin edilib.

Xəbər xətti