“Yuventus” geridönüş edib qalib gəldi

23:36 - 6 Aprel 2019 - İDMAN

İtaliya çempionatında 31-ci turun oyunları keçirilir.

Turun mərkəzi matçı bu gün Turində baş tutub. Lider “Yuventus” evdə “Milan”ı qəbul edib. “Ağ qaralar” bu matçda 0:1 hesabı ilə geri düşsələr də, sonradan geridönüş edərək 2:1 hesablı qələbə qazanıb.

"Yuventus" - "Milan" - 2:1
Qollar: Piatek, 39 (0:1), Dibala, 60-pen (1:1), Kin, 84 (2:1)

Bu qələbə ilə xalını 84-ə yüksəldən Turin klubu 1-ci pillədə qərarlaşıb. Əgər 2-ci pillədə olan "Napoli" (63 xal) bu turda xal itirərsə, yarışın bitməsinə 7 tur qalmış çempionluğu rəsmiləşdirəcək.
Qeyd edək ki, "İnter" 56 xalla 3-cü, "Milan" 52 xalla 4-cüdür.

Xəbər xətti