Fərda karyerasına son verdi

20:00 - 6 Aprel 2019 - MAQAZİN

Aktyor Fərda Xudaverdiyev karyerasını bitirdiyini açıqlayıb.

O, bu barədə İnstaqramda məlumat verib. Fərda video paylaşaraq “23 ildir Azərbaycanda özünəməxsus komediyaya xidmət edən Fərda Amin olaraq karyeramı bitirmək istəyirəm. Həqiqətən yorulmuşam, səbəblər çoxdur. Məni bu yaşda belə populyar etdiyiniz üçün çox sağ olun. Məni sevənlər bu xəbərdən üzülməsinlər. Sevməyənlərə isə demək istəyirəm ki, məni niyə sevmədiniz?” deyə, yazıb.

Qeyd edək ki, Fərda Xudaverdiyev “Space” TV-də yayımlanan “Tək səbir” layihəsi ilə populyarlaşıb. O, indiyədək müxtəlif filmlərdə və seriallarda rol alıb.axsham.az

Xəbər xətti