ABŞ Venesuelaya qarşı yeni sanksiyalar tətbiq edir

00:07 - 6 Aprel 2019 - DÜNYA

Amerikanın Venesuelaya iqtisadi təzyiqi davam edir.

“Qafqazinfo” “Röyters”ə istinadən xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Maykl Pens Venesuelaya qarşı yeni sanksiyalar hazırlandığını bildirib. Məhdudiyyətlər bu dəfə Kubaya dəmir nəql edən iki şirkətə tətbiq edilib.

Bundan başqa Venesuelanın dövlət neft şirkəti PDVSA-ya məxsus 34 gəmiyə də sanksiya qoyulub.

Xəbər xətti