Elmar Məmmədyarov Sergey Lavrov ilə görüşüb

19:10 - 5 Aprel 2019 - SİYASƏT

Aprelin 5-də Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edən Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasının xarici illər naziri Sergey Lavrov ilə ikitərəfli görüş keçirib.

XİN-nin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Rusiya arasında siyasi dialoqun və çoxşaxəli əməkdaşlığın yüksək səviyyədə olduğundan məmnunluq ifadə edilib və qarşılıqlı maraq doğuran məsələlərə toxunulub.

Xəbər xətti