Dünyanın ən zəngin adamının keçmiş həyat yoldaşı 35 milyard dollara sahib olacaq

14:27 - 5 Aprel 2019 - MAQAZİN

“Amazon” şirkətinin təsisçisi və rəhbəri, dünyanın ən zəngin adamı olan Cef Bezos və yeni boşandığı həyat yoldaşı Makkenzi ayrıldıqdan sonra əmlakın bölünməsi ilə bağlı razılığa gəldiklərini açıqlayıblar.

Makkenzi “Twitter”dəki səhifəsində payının 35 milyarddan çox olduğunu bildirib. Belə ki, razılaşmaya əsasən, Makkenzi “The Washington Post” qəzetinin və “Blue Origin” aerokosmik şirkətinin bütün səhmlərini keçmiş ərinə güzəştə gedib. O, “Amazon” şirkətinin səhmlərinin 35,7 milyard dollar məbləğində dəyərləndirilən 4 faizinə, yəni keçmiş ər-arvadın müştərək payının dörddəbir hissəsinə sahib olacaq.

Xatırladaq ki, rəsmi olaraq aprelin 4-də böşanma ərizəsi verən cütlüyün məsələsinə dair son qərarın bu ilin iyun ayında veriləcəyi gözlənilir. Boşanma başa çatandan sonra Makkenzi “Bloomberg”in reytinqində dünyanın ən varlı qadınları arasında dördüncü yeri tutacaq. (“Report”)

Xəbər xətti