Çavuşoğlu: Türkiyə S-400 sistemlərini artıq alıb

10:15 - 5 Aprel 2019 - DÜNYA

Ankara dəfələrlə ABŞ-a və digər tərəfdaşlarına Rusiya ilə S-400 zenit-raket sistemlərinin alınmasına dair razılaşmanın ləğv olunmasının mümkün olmadığını bildirib.

Bunu Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu deyib. Çavuşoğlu deyib ki, Türkiyə artıq S-400 sistemlərini alıb: "Türkiyə S-400 sistemlərini almağa məcbur idi, çünki o, analoji sistemləri müttəfiqlərindən ala bilməyib".

Çavuşoğlunun fikrincə, ABŞ-ın "Patriot" sistemlərinin tədarükü məsələsində inkişafa nail olmaq üçün ABŞ Konqresinin razılığı olmalıdır. trend

Xəbər xətti