Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü razılaşdırılıb

13:50 - 4 Aprel 2019 - SİYASƏT

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı razılaşdırılıb.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının iclasının yekununda keçirilən mətbuat konfransı zamanı deyib. Nazir bildirib ki, yaxın zamanlarda ikitərəfli görüş baş tutacaq:

“Biz artıq tarix barəsində razılıq əldə etmişik. Bu tarix ənənəvi olaraq Bakıda və Yerevanda açıqlanacaq”./trend

Xəbər xətti