Şeydayev Rusiya Premyer Liqasında növbəti qolunu vurdu

22:02 - 3 Aprel 2019 - İDMAN

Milli komandamızın hücumçusu Ramil Şeydayev Rusiya Premyer Liqasında növbəti qolunu vurub.

Qol.az-ın xəbərinə görə, "Krılya Sovetov"un futbolçusu 16-cı turundan təxirə salınmış oyunda səfərdə “Orenburq”a 1:3 hesabı ilə uduzduqları matçda komandasının yeganə qolununu müəllifi olub. O, 12-ci dəqiqədə penaltidən fərqlənib. Start heyətdə meydana daxil olan 23 yaşlı oyunçu 82-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Krılya Sovetov” hazırda 24 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
Əlavə edək ki, bu, Ramil Şeydayevin Rusiya Premyer Liqasında meydana çıxdığı 5 oyunda 4-cü qoludur (2-si penalti ilə).

Rusiya Premyer Liqası, 16-cı turdan təxirə salınmış oyun
3 aprel

18:00. "Orenburq" - "Krılya Sovetov" - 3:1 

Qollar: A. Sutormin, 8-penalti (1:0), R. Şeydayev, 12-penalit (1:1), S. Beqiç, 17 (2:1), Sivakov, 54 (3:1) 

Xəbər xətti