Anna klipinə azərbaycanlı ilə çəkildi — Video

13:59 - 3 Aprel 2019 - MAQAZİN

Rusiyanın məşhur müğənnisi Anna Semyonoviç yeni mahnısına klip çəkdirib.

Klipdə azərbaycanlı Şövqi Əhədov da çəkilib. “Xoçeş” (istəyirsən) mahnısına çəkilən Şövqi “RUDN University” Şən və Hazırcavablar klubunun üzvüdür. Klip qısa müddət ərzində bir milyondan çox insan tərəfindən izlənilib. Klipə Anna Semyonoviç, Roza Syabtiova, Stas Cunikov və Şövqi Əhədov çəkilib.

Şövqi Əhədov Bakıda anadan olub və böyüyüb. Hazırda Moskvada yaşayır və işləyir. Şən və Hazırcavablar Klubunda iştirakdan əlavə bloqçudur.olke.az

 

Xəbər xətti