"ShamkirChess 2019": Bu gün IV turun görüşləri keçiriləcək

08:21 - 3 Aprel 2019 - İDMAN

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" superturnirində bu gün IV turun görüşləri keçiriləcək.
Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov ağ, Teymur Rəcəbov qara fiqurlarla çıxış edəcək. Məmmədyarov çexiyalı David Navaranı sınağa çəkəcək. Rəcəbov isə hollandiyalı Aniş Giri ilə qarşılaşacaq. "ShamkirChess 2019" IV tur 3 aprel Veselin Topalov (Bolqarıstan) - Maqnus Karlsen (Norveç) Dinq Liren (Çin) - Vişvanatan Anand (Hindistan) Sergey Karyakin (Rusiya) - Alekandr Qrişuk (Rusiya) Aniş Giri (Hollandiya) - Teymur Rəcəbov (Azərbaycan) Şəhriyar Məmmədyarov (Azərbaycan) - David Navara (Çexiya) Qeyd edək ki, 3 turdan sonra Karlsen 2,5 xalla 1-ci pillədə qərarlaşıb. Karyakin və Liren hərəyə 2 xalla 2-3-cü, Anand, Topalov və Rəcəbov hərəyə 1,5 xalla 4 - 6-cı yerləri bölüşdürür. Hərəyə 1 xala malik Navara, Məmmədyarov, Qrişuk və Giri isə 6 - 10-cu yerdədirlər. Turnirə aprelin 9-da yekun vurulacaq. Report

Xəbər xətti