Pakistanla Hindistan arasında Döyüş - 7 ölü, 23 yaralı

20:21 - 2 Aprel 2019 - DÜNYA

Pakistanla Hindistan sərhədində yerləşən Kəşmir nəzarət xəttində yenidən gərginlik yaranıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, iki ölkənin hərbiçiləri arasındakı atışmada 7 əsgər ölüb. İtkilərdən 3-ü Hindistan, 4-ü isə Pakistan tərəfindədir. Məlumata görə, 18-i dinc sakin və 5-i də əsgər olmaqla ümumilikdə 23 nəfər də yaralanıb.

Hər iki ölkənin Müdafiə Nazirlikləri bir-birini günahlandırıb.
Xatırladaq ki, fevralda Hindistan və Pakistan arasındak gərginlik pik nöqtəyə çatmışdı. Hər iki tərəfin təyyarələri vurmuş, diplomatik münasibətlər dayandırılmışdı.

Xəbər xətti