Binəli Yıldırım nəticələri şərh etdi

21:38 - 1 Aprel 2019 - DÜNYA

Rəqib namizəd 25 min artıq səs toplamış kimi görünür.

Mərkəzi Seçki Komissiyasının mandat verəcəyi şəxs İstanbulun bələdiyyə sədri olacaq. Ucnoqta.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bunu Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul Böyük Şəhər Bələdiyyəsi sədrliyinə namizədi Binəli Yıldırım bildirib.

“Rəqib namizəd 25 min artıq səs toplamış kimi görünür. 31 min 136 seçki qutusu var. Hər seçki qutusundan bir ədəd yanlış bülleten çıxsa bu da 31 min 136 edir ki, bu da namizədlər arasından olan səs fərqindən çoxdur. İstanbullu söyləcəyini söyləyib. . Səs verən, verməyən İstanbullu həmşəhərlilərimə təşəkkür edirəm. Bu İstanbul xalqının təqdiridir. Səsi verən istanbullulardır. Onların təqdiri, başımızın, gözümüzün üstündədir”, – deyə bildirib.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının sədri Sadi Güven bildirib ki, ötən gün keçirilən bələdiyyə seçkilərində bu ana qədər sayılan bülletenlərə görə, Ekrem İmamoğlu 4 milyon 170 min 116 səs, Binəli Yıldırım isə 4 milyon 145 min 708 səs toplayıb.

Xəbər xətti