“Azəriqaz” bayram günlərində ölkə üzrə sərf edilən təbii qazın həcmini açıqlayıb

18:07 - 1 Aprel 2019 - ÖLKƏ İÇİ

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi Novruz Bayramı günlərində ölkə üzrə sərf edilən təbii qazın həcmini açıqlayıb.

“Report”un sorğusuna cavab olaraq “Azəriqaz"ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev bildirib ki, bu ilin 20-26 mart tarixlərində ölkə üzrə ümumi təbii qaz sərfiyatı 186,758 mln. kubmetr təşkil edib.

Onun sözlərinə görə, Novruz bayramı günlərində Bakı şəhəri, Abşeron və Sumqayıt üzrə 108,761 mln. kubmetr təbii qaz sərf edilib: “Bu müddət ərzində regionlar üzrə 77,997 mln. kubmetr təbii qaz sərfiyyatı qeydə alınıb”. 

Xəbər xətti