Ana səhifə
21 Sentyabr 2018

Azərbaycanda məşhur verilişin eksperti öldürülüb - FOTO

Azərbaycanda “falçı-cadugər Timur” kimi tanınan Timur Nəsirov qətlə yetirilib.

 

 

Ucnoqta.az”  xəbər verir ki, bu barədə publika.az-a Nəsirovun yaxınları məlumat veriblər. Bildirilir ki, o, bir nəfər tərəfindən Dağıstan Respublikasına dəvət olunub. Amma onun evə gətirilməyi ailədə narazılığa səbəb olub.

 

 Daha doğrusu, ailə üzvləri cadugərin evə gətirilməyinə kəskin şəkildə etirazlarını bildiriblər və dava düşüb. Münaqişə zəminində Nəsirov qətlə yetirilib.

 

Aldığımız son məlumata görə, hadisə dünən baş verib. Bu gün səhər saatlarında Timurun ailəsi onun meyitini gətirmək üçün Dağıstana yola düşüblər.

 

Qeyd edək ki, üç dəfə ailəli olmuş T.Nəsirov ANS-də yayımlanan “Adam içində” verilişinin daimi ekspertlərindən idi. Hadisə ilə bağlı ətraflı məlumat verməyə çalışacağıq.

Tarix
10 Oktyabr 2014 [23:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin