Ana səhifə
23 Fevral 2018

Tarixi filmlərin çəkilməsinə mane olan problemlər...

Şeyx Əbdül Mahmudbəyov: «Tarixi filmlərin xərci digər filmlərdən 10 dəfə bahadır»

 

 

Bu gün Qərb ölkələrində və bizə daha yaxın olan Türkiyədə müasir texnologiyanın köməyi ilə yüksək səviyyədə tarixi filmlər çəkilir. Millətin tarixini, tarixi şəxsiyyətlərini gələcək nəsillərə çatdırmaq üçün tarixi filmlərin çəkilməsi vacib şərtlərdən biridir. Kino tariximizə nəzər saldıqda görürür ki, 1960-80-ci illərdə və başqa dövrlərdə tarixi mövzuda bir çox filmlər çəkilib.  «Nəsimi», «Qatır Məmməd», «Dədə Qorqud», «Babək», «Qanlı zəmi», «Qanlı Bakı», “Cavad xan” və bir çox filmlərin adını qeyd etmək olar. Amma bu gün tarixi filmlərin çəkilməsi yox dərəcəsindədir.

«Qaçaq Nəbi» və ya «Qanlı zəmi» filminin rejissoru, əməkdar incəsənət xadimi Şey Əbdül Mahmudbəyov «Üç nöqtə»yə bildirdi ki, tarixi film çəkmək üçün maddi-texniki bazamız yoxdur: «Tarixi kino çəkməyə nə texniki bazamız, nə də onun icra edən kadrlarımız var. Kinonun əsas maddi bazası ədəbi əsər və ssenaridir. Təbii ki, tarixi filmləri çəkmək asan deyil. Tarixi filmlərin ağırlığına görə elə mövzulu işə başlamırlar. Həm də kino çəkmək istəyən cavanlarımız bilirlər ki, böyük mövzulara girirşsələr, uğur qazana bilməyəcəklər».

Əməkdar incəsənət xadimi qeyd etdi ki, “Nobel” mükafatına layiq ssenari olsa belə, film çəkmək imkanımız yoxdur: «Çünki studiyanın maddi-texniki bazası olmalıdır. Oraya dekorasiya, rekvizit, təşkilati və maddi məsələlər daxildir. Filmlərin müəyyən qədər xərci olur. Ən az xərc tələb edən müasir mövzulu filmlərdir. Bu gün kino üçün tikilmiş kostyumlara, dekorasiyalara ehtiyac yoxdur. Hazır interyerlərdə, harada kimin xoşuna gəlirsə, orada da çəkirlər».

Rejissorun sözlərinə görə, ədəbi materiallar üzrində işlənilmir: “Əlimizdə olan Ağaməhəmməd şah Qacar, Xurşudbanu Natavan, Şah İsmayıl Xətai və Qarabağ problemi haqqında təsdiq olunmuş ssenarilər var. Azərbaycanın böyük tarixi şəxsiyyətləri, onları təbliğ edən alimləri var. Amma onların əsərlərini lazımı səviyyədə dərk edən, başa düşən, ekran həyatı verə biləcək rejissorlarımız, texniki heyətimiz təəssüflər olsun ki, yoxdur. Hazırda gələnlər isə o səviyyədə deyil».

Şeyx Əbdül Mahmudbəyovun sözlərinə görə, gənclər başa düşürlər ki, bu mövzuya girişmək mənasızdır: “Ona görə də, asan işə əl atmağa başalayırlar. Tarixi filmlərin xərci müasir mövzulu filmlərin xərcindən 10 dəfə bahadır. Tarixi filmlərin texnikası, kompleks bərpası, cıhazları, plyonkası və digər məsələlər qat-qat baha başa gəlir. Çünki tarixi filmlərin atı, hərbi sursatları, qılıncı və başqa bazası olmalıdır. Ümumi qənaət belədir ki, tarixi kinoların ekranlaşdırılması üçün maddi-texniki baza, ekranlaşdıracaq böyük ustadlar və maliyyə yoxdur. Dövlət dəstəyi ilə bu məsələnin yaxın gələcəkdə həlli olacaq”.

Əbdül Mahmudbəyov vurğuladı ki,  Şah İsmayıl Xətainin həyat və yaradıcılığına həsr edilmiş ssenari də yazıb: «Texniki heyət, aktyorlar müəyyənləşmişdi. Alınmadı. Orada iştirak edəcək insanların çoxu dünyasını dəyişib”.

 

 

Rəqsanə

Tarix
22 Dekabr 2014 [19:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ