“Mançester Siti” yenidən liderliyə yüksəlib

01:46 - 31 Mart 2019 - İDMAN

 “Haddersfild” Premyer Liqa ilə vidalaşıb

İngiltərə Premyer Liqasında XXXII tur başlayıb. Ucnoqta.az ONA-ya istinadən xəbər verir ki, turun ilk günündə 7 qarşılaşma keçirilib. Çempionluq uğrunda mübarizə aparan “Mançester Siti” “Fulhem”ə qalib gəlib. Bu qələbə “şəhərlilər”in yenidən lider olması üçün kifayət edib.

Mançesterin digər təmsilçisi isə “Uotford”u qəbul edib. “Mançester Yunayted” üç qolun vurulduğu matçda 3 xal qazanıb – 2:1.
Avrokuboklar uğrunda mübarizə aparan komandalardan “Lester” “Vulverhempton”a qalib gəlib. “Vest Hem” isə öz meydanında “Everton”a uduzub.

Çempionatın autsayderi “Haddersfild” səfərdə “Kristal Pelas”a məğlub olub. Bu yenilgidən sonra komandanın Premyer Liqanı tərk edəcəyi rəsmiləşib. Hesabında cəmi 14 xalı olan “Haddersfild” sona 6 tur qalmış yüksək dəstə ilə vidalaşmaqla Premyer Liqanın antirekordu təkrarlayıb. Bunadək “Derbi” 2007/08, “İpsviç” 1994/95 mövsümündə finişə 6 tur qalmış aşağı dəstəyə yuvarlanıb.

Qeyd edək ki, turun digər oyunları martın 31-də və aprelin 1-də keçiriləcək.

İngiltərə Premyer Liqası

XXXII tur
30 mart

“Fulhem” – “Mançester Siti” - 0:2
Bernardo Silva, 5, Aquero, 22
“Brayton” – “Sauthempton” – 0:1
Hoybyerq, 53
“Bernli” – “Vulverhempton” – 2:0
Koadi, 2 (avtoqol), Maknil, 77
“Kristal Pelas” – “Haddersfild” – 2:0
Milovoyeviç, 76 (pen.), Van Anholt, 88
“Lester” – “Bornmut” – 2:0
Morqan, 11, Vardi, 82
“Mançester Yunayted” – “Uotford” – 2:1
Reşford, 28, Marsial, 72 – Dukur, 90
“Vest Hem” – “Everton” – 0:2
Zuma, 5, Bernard, 33

Xəbər xətti