ABŞ Maduronun müttəfiqlərinə qarşı sanksiyaları nəzərdən keçirir

01:00 - 31 Mart 2019 - DÜNYA

ABŞ prezidenti Donald Tramp Venesuela hökuməti ilə biznes əlaqələri quran şirkətlərə qarşı sanksiyaların tətbiqinin mümkünlüyünü nəzərdən keçirir.

Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton "Reuters"ə bildirib.
Onun sözlərinə görə, Vaşinqtonun əsas məqsədi Venesuela prezidenti Nikola Maduronun gəlirlərini azaltmaqdır: " Biz düzgün istiqamətdə irəliləyirik" - deyə C.Bolton əlavə edib./report

Xəbər xətti