"Yuventus"da Ronaldo şoku

17:11 - 30 Mart 2019 - İDMAN

A Seriyasında ardıcıl 8-ci çempionluğa yaxın olan "Yuventus"da Kriştiano Ronaldo şoku yaşanır.

 Portuqaliyanın "AVRO-2020"nin seçmə mərhələsində Serbiya ilə keçirdiyi matçda zədələnən ulduz futbolçunun "Ayaks"la Çempionlar Liqasının 1/4 final mərhələsinin "Ayaks"la ilk matçında forma geyinməyə bilər.

Bu barədə açıqlama verən komandanın məşqçisi Massimiliano Allegri bildirib ki, bu gün baş tutacaq "Empoli" matçının heyətində yer almayan Ronaldonun durumuna bazar ertəsi aydınlıq gələcək: "Ronaldonun durumuna bazar ertəsi keçiriləcək müayinədən sonra aydınlıq gələcək. İndidən onu deyə bilərəm ki, "Ayaks"la matçda forma geyinməyə bilər".

Qeyd edək ki, "Ayaks" - "Yuventus" qarşılaşması aprelin 10-da "Yohan Kruyff Arena"da baş tutacaq./fanat.az

Xəbər xətti