Rafael Ağayev Avropa çempionatında gümüş medal qazanıb

Azərbaycan karateçisi Rafael Ağayev Avropa çempionatında gümüş medal qazanıb.

75 kq çəki dərəcəsində mübarizə aparan 34 yaşlı idmanaçı İspaniyanın Qvadalaxara şəhərində ikinci yeri tutub. O, həlledici görüşdə italiyalı Luici Busaya uduzub - 0:1. 

R.Ağayev finala qədər Yusid Suljiç (Bosniya və Herseqovina), Bekim Başa (Albaniya), Elhami Şabani (Kosova) və Stanislav Xorunanı üstələyib. Bunadək Asiman Qurbanlı (+84 kq) bürünc medal əldə edib.

Qeyd edək ki, R.Ağayev indiyədək 5 dəfə dünya, 11 dəfə Avropa çempionu, eləcə də “Bakı 2015” I Avropa Oyunlarının və “Bakı 2017” IV İslam Oyunlarının qalibi olub.  Report

Tarix
30 Mart 2019 [16:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-03-30 16:43:06
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin