“JARA” festivalı ilk dəfə Dubayda keçiriləcək

16:09 - 30 Mart 2019 - MAQAZİN

“JARA” beynəlxalq musiqi festivalı bu il mayın 3-də ilk dəfə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək.

Trend bu barədə festivalın “Instagram” səhifəsinə istinadən məlumat verir. Festivalda Emin Ağalarov, Qriqori Leps, Leonid Aqutin, Valeriya, Yulianna Karaulova, Olqa Buzova, Albina Canabayeva, “Vremya i Steklo”, “Artik & Asti” və digər qruplar çıxış edəcək. Xatırladaq ki, bu il iyulun 25, 26, 27, 28-də Bakıda dördüncü “JARA” beynəlxalq musiqi festivalı keçiriləcək.

Festivalın təşkilatçıları Azərbaycanın xalq artisti Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqori Leps, “Russkoe radio” və “Zolotoy qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

Xəbər xətti