Azərbaycan nefti bahalaşıb

11:19 - 30 Mart 2019 - İQTİSADİYYAT

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,22 dollar və yaxud 1,78% artıb.

 “Azeri Light” markalı neftin bir barelinin qiyməti 69,74 dollar təşkil edib.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb./report

Xəbər xətti