“Mançester Yunayted”in baş məşqçisi dəqiqləşdi

17:40 - 28 Mart 2019 - İDMAN

İngiltərənin “Mançester Yunayted” klubu müvəqqəti baş məşqçi səlahiyyətlərini icra edən norveçli Ule Qunar Sulşerlə bağlı qərarını açıqlayıb.

“Mançester Yunayted”in rəsmi saytı onunla üç illik müqavilə bağlandığını bildirib.

Qeyd edək ki, dekabrda portuqaliyalı Juze Mourinyunun qovulmasından sonra komandanı mövsümün sonunadək Sulşerin çalışdıracağı açıqlanmışdı.
Sulşer 1996-2007-ci illərdə bu klubda çıxış edib və karyerasını da burada başa vurub. O, “Mançester Yunayted”lə altı dəfə İngiltərə çempionu, UEFA Çempionlar Liqasının qalibi olub və Qitələrarası kuboku qazanıb.

46 yaşlı Ule Qunar Sulşer məşqçiliyə də bu klubda başlayıb. O, “Mançester Yunayted”in əvəzedici komandasından başqa, Uelsin “Kardif” və Norveçin “Molde” klublarında baş məşqçi olub. /oxu.az

Xəbər xətti