Ana səhifə
19 Avqust 2018

2014-ün ən çox satılan kitabları – "Qanun"i siyahı

"Qanun" Nəşrlər Evi 2014-cü ilin hesabatı əsasında ən çox satılan 100 kitabın siyahısını tərtib edib.

 

 

Ucnoqta.az xəbər verir ki, kult.az-ın məlumatına görə, “Yüzlük”dəki kitablar arasında fərdin şəxsiyyət kimi formalaşması, zehni inkişafı və işgüzar qabiliyyətlərinin artırılmasına dair nəşrlər ilk sıraları tutur. Siyahıda bundan sonrakı yerləri bədii ədəbiyyatın müxtəlif janrlarına aid bestsellerlər tutur. “Ən çox satılanlar” arasında fəlsəfi nəşrlər və siyasi publisistika də azlıqda deyil.  2014-ün 100 ən çox satılan kitabı bütünlüklə xarici ədəbiyyatdan ibarətdir. Tərcümələr arasında bəzən eyni müəllifin (Paulo Koelyo, Xalid Hüseyni, Aqata Kristi, Den Braun və s.) bir neçə kitabını görmək mümkündür. Siyahıda ABŞ, İngiltərə, Rusiya, Türkiyə və digər ölkələrin oxuculara yaxşı tanış olan məşhur yazıçılarının adlarına rast gəlmək olar. Siyahının ilk onluğu belədir:

 

1. Mümin Sekman – “Hər sey səninlə başlar”

2. Robert T. Kiosaki, Şeron L. Lester  – “Varlı ata, kasıb ata”

3. Oşo – “Qadınların kitabı”

4. Deil Karnegi – “Dostları necə qazanmalı və insanlara necə təsir etməli"

5. Paulo Coelho – “Kimyagər"

6. Robert Qrin – “Hakimiyyətin 48 qanunu”

7. Ronda Bern – “Sirr”

8. Oşo – “Kişilərin kitabı”

9. Mark Levi – “Bir-birimizə demədiyimiz sözlər”

10. Dan Brown – “Da Vinçi Şifrəsi” 

Tarix
22 Dekabr 2014 [15:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin