XİN: Azərbaycan Prezidenti və Ermənistan baş naziri martın 29-da görüşəcək

10:47 - 27 Mart 2019 - SİYASƏT

 Azərbaycan Prezidenti və Ermənistan baş naziri Avstriyanın paytaxtı Vyana şəhərində görüşünün keçirilməsi barədə razılıq əldə olunub

Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən Ucnoqta.az verilən məlumata görə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifi əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparmaq məqsədilə 29 mart tarixində Avstriyanın paytaxtı Vyana şəhərində görüşünün keçirilməsi barədə razılıq əldə olunub.

Xəbər xətti