Polşada ABŞ ordusunun yük maşınları toqquşub

17:43 - 26 Mart 2019 - Xəbər

Polşanın cənubunda ABŞ ordusuna məxsus 3 yük maşını toqquşub. Qəzadan sonra iki hərbçi yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis cəlb edilib. Qəzanın səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, Polşada ABŞ-ın 3,5 min nəfərlik tank briqadası yerləşib. Trend

Xəbər xətti