Məşhur müğənni klip çəkilişi zamanı özünü güllələdi

12:38 - 26 Mart 2019 - Xəbər

Amerikanın məşhur kantri müğənnisi 35 yaşlı Castin Karter ehtiyatsızlıqdan özünü güllələyib. Məlumatı "FOX NEWS" kanalı yayıb.

Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki,  bədbəxt hadisə Hyuston şəhərində klip çəkilişi zamanı baş verib. Belə ki, müğənninin cibində olan tapanca birdən açılaraq , onun gözünə tuş gəlib. Güllə yarası ağır olduğundan Castin hadisə yerində keçinib.

Kantri müğənnisinin ölümünü anası Sindi  Makkelennan təsdiqləyib.
Qeyd edək ki, müğənninin iki azyaşlı qızı var.

Xəbər xətti