Bakıda gənc oğlan kürəyindən bıçaqlanıb

11:13 - 26 Mart 2019 - HADİSƏ

Bakıda bıçaqlanma hadisəsi qeydə alınıb.

Ucnoqta.az ONA-ya istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda baş verib. Lökbatan qəsəbəsində 1993-cü il təvəllüdlü Əliyev Teyyub Söhrab oğlu tanımadığı şəxslə mübahisə edib. Mübahisə zəminində onun kürəyinə iki bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər xətti