BŞİH-dən bayram günlərində işləyən işçilərlə bağlı Açıqlama- Mükafatlandırılacaqlar

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və struktur bölmələrinin işçiləri bayram günlərində xüsusi iş rejimində çalışıblar.

 BŞİH-in Mətbuat xidmətindən Ucnoqta.az verilən məlumata görə, Novruz bayramı ilə əlaqədar ölkədə elan olunmuş 7 qeyri-iş günü ərzində Bakı Şəhər İcra Hakimiyyəti, onun struktur bölmələri, paytaxtın təsərrüfat və xidmət sahələrin işçiləri xüsusi iş rejimində çalışıblar:

"Bildiyiniz kimi bayram günlərində Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti qurumların təşkilatçılığı ilə paytaxtda və onun rayonlarında kütləvi bayram tədbirləri, müxtəlif konsert proqramları, bayram yarmarkaları təşkil olunub, bu il mərkəz ərazilərlə yanaşı, bir sıra qəsəbə və məhəllələrdə də bayram şənlikləri keçirilib".

Bildirilib ki, bayram şənlikləri və kütləvi tədbirlərin təşkili, şəhərin sanitar təmizliyinin yüksək səviyyədə saxlanılması, istirahət günlərində sakinlərimiz və qonaqlarımızı narahat edə biləcək hər hansı neqativ halların qarşısının dərhal alınması üçün Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, aparatın məsul nümayəndələri, eyni zamanda, paytaxt rayonlarının icra hakimiyyətlərinin aparatları, şəhərin təsərrüfat və digər xidmət sahələrinin işçiləri öz iş yerlərində birbaşa vəzifə borclarını yerinə yetiriblər və bu təbii bir haldır:

"Novruz bayramı günlərində paytaxtdakı bütün tədbirlərin yüksək səviyyədə keçirilməsi təmin olunub, sakinlərimizi narahat edə biləcək problemlərin qarşısı alınıb. Məlumat üçün bildiririk ki, bayram günlərində iş yerində öz xidməti vəzifələrini həyata keçirən əməkdaşlara qanunvericiliyin tələblərinə uyğun olaraq əlavə istirahət günləri veriləcək və onların mükafatlandırılması məsələsinə baxılacaq. Bununla əlaqədar hansısa bir şəxsin narazılıq nümayış etdirməsi və bunun mətbuatda yayılması bizdə təəccüb doğurur".

Tarix
26 Mart 2019 [11:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin