“İki helikopter cəlb olunub, biri də gəlir” - nazir hadisə yerində

Bakının Nizami rayonunda yerləşən “Diqlas”  ticarət mərkəzində baş verən güclü yanğın davam edir.

Hadisə yerinə fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov gəlib. Onlar yanğının söndürülməsinin gedişatı ilə maraqlanırlar. 

Nazir KİV nümayəndələrinə açıqlamasında yanğını söndürmək üçün iki helikopterin cəlb olunduğunu açıqlayıb: “İkisi cəlb olunub, biri də hadisə yerinə gəlir. Ciddi bir yanğındır. Yaxşı ki, digər binalara keçməyib, qarşısı alınıb”.

Bundan əlavə, K. Heydərov sahibkarlara kompensasiya verilməsinə isə belə münasibət bildirib:“Hər bir obyektin sahibi mallarını siğortalamalıdır. Dövlət tərəfindən kompensasiya olunması qanunən düzgün deyil. Bu, özəl müəssisədir. Bunlar sonrakı prosesslərdə müzakirə olunacaq məsələlərdir. Buna mən qərar vermirəm”. qafqazinfo

Tarix
26 Mart 2019 [10:54]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-03-26 10:54:18
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin