Yanğına görə Qara Qarayev prospektində hərəkət məhdudlaşdırılıb

10:35 - 26 Mart 2019 - Xəbər

Bakının Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar olaraq Qara Qarayev prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

 Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin verdiyi məlumata görə, ticarət mərkəzində baş vermiş yanğın hadisəsi ilə əlaqədar olaraq hazırda yolda hərəkət məhdudlaşdırılıb: "Bu səbəbdən prospektin həmin hissəsindən keçən müntəzəm marşrut xətləri üzrə avtobuslar B.Çobanzadə küçəsindən keçməklə hərəkət edir".

 

Xəbər xətti