Təyyarə yanlış olaraq başqa ölkəyə uçdu

“British Airways”in təyyarəsi yanlış ölkəyə uçub

Londondan Almaniyanın Düsseldorf şəhərinə getməli olan “British Airways” hava yollarına məxsus təyyarə yanlışlıqla Şotlandiyanın paytaxtı Edinburqda eniş edib. Ucnoqta.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, buna səbəb pilota səhv məlumat verilməsi olub. Sərnişinlər yanlış ölkəyə gəldiklərini pilotun Edinburqa yaxınlaşdığını açıqladığı zaman biliblər. Hava limanında sərnişinlər 2 saat yarım gözləyiblər. Yanacaq doldurulduqdan sonra təyyarə 800 km aralıqdakı Düzelldorfa yola çıxıb.

Hazırda şirkət bu qarışıqlığın səbəbini aydınlaşdırmağa çalışır. Rəsmi açıqlamaya görə, pilot ona verilmiş uçuş planı üzrə hərəkət edib.

Tarix
25 Mart 2019 [21:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin