Cəlilabadda kütləvi dava- bir nəfər xəsarət alıb

18:43 - 25 Mart 2019 - HADİSƏ

Cəlilabad rayonunda kütləvi dava olub.

 Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, tanışların arasında baş verən mübahisə zəminində Uzuntəpə kənd sakini 1990-ci il təvəllüdlü Abışov İlkin Azər oğlu döyülüb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti