Bu gün Sumqayıtın bir hissəsində işıq olmayacaq

Bu gün Sumqayıt şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Trend-ə "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib. Qurum rəsmisi bildirib ki, fasiləyə səbəb Sumqayıt Dəmiryol İdarəsinin tunel çəkilişi ilə bağlı işlərə başlamasıdır:

"Sumqayıt Dəmiryol İdarəsi tunel-keçid tikir. Bu səbəbdən də həmin ərazidən elektrik xətləri köçürülməlidir. Köçürülmə səbəbindən Sumqayıtın 8, 9, 10, 11, 17 və 18-ci mikrorayon ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq".

O əlavə edib ki, fasilə müxtəlif vaxtlarda ayrı-ayrı ərazilərdə 1 saata qədər davam edəcək: "Azərişıq" ASC yaranacaq narahatlığa görə abunəçilərdən üzr istəyir".

 

Tarix
25 Mart 2019 [12:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-03-25 12:23:42
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin