“Mail Yaqub ömür boyu mənə yaltaqlanan adam olub” – Hamlet İsaxanlı

“Mən düşünürəm ki, ona cavab verilib. Azərbaycanda ən yüksək məvacib verən universitet “Xəzər” Universitetidi. Bizdə 2000 manat, 3000 manat maaş alan müəllimlər var”.

Ucnoqta.az xəbər verir ki, bunu bizimyol.info- ya açıqlamasında “Xəzər” Universitetin təsisçisi və direktorlar şurasının sədri Hamlet İsaxanlı bildirib. “Bu adam əxlaqsızlığa görə qovulub.Gərək öz ayıblarının üstünü açmayaydı. Buna dərs vermək istəməyiblər. O özü bizə yalvarıb ki, mənə bir dərs verin.Bir dərsə də nə verilməlidi ki? Onu müəllim kimi saxlamayıblar.

“Xəzər” universiteti yüksək məvacib verir. İndi əməkhaqqı rəsmi verilir, vergilərdə də yoxlatmaq olar. Onu universitetdən qovmaq haqda qərar çıxarıblar. Bütün sənədlər də var, şikayətlər, yazılmış müraciətlər. Nizam- intizam komisiyasının da rəyi var. Ləyaqtsiz bir hərəkət edib, ona görə də qovulub. Sadəcə o nəyə görə qovulduğunu gizlədib. Bütün olanlar sənədləşdirilib.”

Hamlet İsaxanlı özünə otel tikdirməsi məsələsinə də toxunub. “Qaldı ki, “Xəzər” universitetinin rəsmi oteli, istirahət mərkəzi var. Üstündə də yazılıb, konfrans və istirahət mərkəzi. Bütün universitetlərin istirahət mərkəzləri var. Bu otel mənim deyil, universitetindi. Mən bu məsələlərə qarışmıram. Sadəcə universitetin idarə heyəti sədri kimi universitetin inkişafı ilə məşğulam. Bu adam ömür boyu mənə yaltağlanan adam olub. Mənim də yaltaqlanan adamdan zəhləm gedir. Çünki, onlar sürüşkən olurlar. Onu başa düşürəm, çox pis vəziyyətdə qalıb. Çox pis şeyə görə qovulub.Ona görə belə açıqlamalar verib.

Qeyd edək ki, “Xəzər” Universitetində müəllim kimi işləyən Mail Yaqub universitetdə təhsil haqqının çox yüksək olmasına baxmayaraq, müəllimlərə həddən artıq az maaş verdiyi əsas gətirərək, istefa verdiyini açıqlamışdı.

Tarix
25 Mart 2019 [10:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-03-25 10:13:58
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin