Türkiyədə hərbçiləri daşıyan avtomobil aşıb: ölən var

14:28 - 24 Mart 2019 - Xəbər

Türkiyədə hərbi avtomobil qəzaya uğrayıb.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Şırnak vilayətində, Silop rayonunda qeydə alınıb. Hərbi avtomobilin aşması nəticəsində 1 əsgər ölüb, daha 20 əsgər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

Qəzanın başvermə səbəbi barədə məlumat verilmir.   

Xəbər xətti